Bakı. TurkicWorld:
2025-ci il üzrə xarici ticarət dövriyyəsi 41.8 milyard dollar təşkil edib, neft-qaz sektoru üzrə 18.1 milyard dollar həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 11.7 milyard dollar həcmində kəsiri bağlayıb.
TurkicWorld bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
"Nəticədə hesabat dövründə xarici ticarət balansında 6.4 milyard dollar həcmində profisit yaranıb. 2025-ci il üzrə Azərbaycanın dünyanın 179 ölkəsi ilə ticarət əlaqələri olun. Xarici ticarətin 12.6%-i MDB üzvü olan ölkələrin, 87.4%-i isə digər xarici ölkələrin payına düşür", - məlumatda qeyd edilib.




