Son dəqiqə

AZCON Holding Şahin Babayev

AZCON Holdinqin icraçı direktoru Şahin Babayev Çin Dövlət Şurasının Dövlət Aktivlərinə Nəzarət və İdarəetmə Komissiyası ilə görüş keçirib

Bakı. TurkicWorld:

AZCON Holdinqin icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər çərçivəsində Dövlət Şurasının Dövlət Aktivlərinə Nəzarət və İdarəetmə Komissiyasının (SASAC) Beynəlxalq Əməkdaşlıq Bürosunun baş direktoru cənab Zhu Kainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı tərəflər arasında yüksəksəviyyəli dialoqun gücləndirilməsi və strateji əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.

Eləcə də dövlət müəssisələrində islahatlar, fəaliyyətin qiymətləndirilməsi mexanizmləri, aktivlərin idarə edilməsi və rəqəmsal transformasiya istiqamətləri, həmçinin portfel şirkətlər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər