Son dəqiqə

TÜİB-in İdarə Heyətinin növbəti iclası keçirildi Türkiyə–Azərbaycan iş adamları yeni hədəfləri müzakirə etdi TÜİB qarşıdakı layihələr üzrə qərarlar qəbul etdi İqtisadi əməkdaşlıq gündəmdə oldu İş adamları birliyində strateji istiqamətlər müəyyənləşdirildi Türkiyə–Azərbaycan biznes platforması genişlənir

TÜİB-in İdarə Heyətinin növbəti iclası keçirilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin növbəti toplantısı baş tutub.

TurkicWorld xəbər verir ki, Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin növbəti iclasında təşkilatın həyata keçirdiyi layihələr, biznes mühiti ilə bağlı təşəbbüslər və qarşıdakı dövr üçün prioritet istiqamətlər geniş şəkildə nəzərdən keçirilib.

Görüş zamanı iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, iş adamları və sənayeçilər arasında əlaqələrin daha da genişləndirilməsi, eləcə də birgə investisiya layihələrinin təşviqi məsələləri müzakirə olunub.

İclasda həmçinin təşkilatın qarşıdakı dövrdə həyata keçirəcəyi tədbirlər planı, yeni biznes platformalarının yaradılması və regional əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edilib.