Gənc MÜSİAD üzvləri "Yüksək əxlaq və yüksək texnologiya" şüarıyla əzmlə çalışırlar

Gənc MÜSİAD üzvləri "Yüksək əxlaq və yüksək texnologiya" şüarıyla əzmlə çalışırlar

Gənc MÜSİAD gələcəyin iş insanlarını və MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) üzvlərini yetişdirmək, onları həyata hazırlamaq, sahib olduqları dəyərləri və təcrübələrini gənclərlə paylaşmaq məqsədilə MÜSİAD İdarə Heyəti tərəfindən təsis edilib.

Bunu TurkicWorld-ə açıqlamasında MÜSİAD Azərbaycanın rəhbəri Rəşad Cabirli deyib.

O qeyd edib ki, MÜSİAD-ın nəzdində inanclı, bacarıqlı, qətiyyətli və həyəcanlı bir qrup gənc tərəfindən qurulan Gənc MÜSİAD, bu gün dünyanın 32 ölkəsində 4500 üzvüylə fəaliyyətini davam etdirir.

"18-30 yaşlarında gənc sahibkar, tələbə və əməkdaşların bir arada olduğu Gənc MÜSİAD üzvləri "Yüksək əxlaq və yüksək texnologiya" şüarıyla, dəyərlərimizə sadiq qalmaqla paylaşma mədəniyyətini inkişaf etdirərək əzmlə çalışırlar.

İnanıram ki, Gənc MÜSİAD Azərbaycan dəyərlərimiz, vizyonumuz və missiyamız doğrultusunda faydalı fəaliyyətlər həyata keçirərək "Bir Millət İki Dövlət" olan xalqlarımız və ölkələrimiz adına öz töhfələrini verəcəklər”, - deyə o bildirib.