Son dəqiqə

Bakı Mərkəzi Bankdan yeni hərrac: 50 milyon manatlıq notlar satışa çıxarılır Bakı Fond Birjasında AMB notlarının yerləşdirilməsi keçiriləcək Banklar üçün yeni investisiya imkanı: 28 və 168 günlük notlar hərracda AMB-nin fevral hərraclarının təqvimi açıqlandı: Parametrlər və tarixlər Bakı Fond Birjası: Mərkəzi Bankın notları üzrə sifarişlər toplanacaq

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçiriləcək

BAKI, TurkicWorld, Orxan Qədirzadə

18 və 19 fevral 2026-cı il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

TurkicWorld Bakı Fond Birjasına istinadən notların buraxılış parametrləri barədə məlumatları təqdim edir.

Notun müddəti

(gün)

İSİN

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

Nominal

Miqdar

Notun ödəniş tarixi

28

AZ2599024703

18.02.2026

10.000.000

100.000

100

18.03.2026

84

AZ2596024706

19.02.2026

10.000.000

100.000

100

14.05.2026

168

AZ2598024704

18.02.2026

2.500.000

100.000

25

05.08.2026

252

AZ2597024705

19.02.2026

2.500.000

100.000

25

29.10.2026

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.

Hərracda iştirakçı sayı tələbi mövcud deyil.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.

Mövzuya görə xəbərlər