İl boyu Portuqaliyadan Türkiyə limanlarına çatdırılan yüklərin həcmi 1 milyon tonu ötüb (ÖZƏL)

İl boyu Portuqaliyadan Türkiyə limanlarına çatdırılan yüklərin həcmi 1 milyon tonu ötüb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-avqust aylarında Portuqaliyadan Türk limanlarına 1 milyon 573 min 36 ton yük daşınıb. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Portuqaliyadan limanlara 20 min 595 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 78 min 193 ton yük çatdırıb.

Bu müddət ərzində Portuqaliya bayraqlı gəmilərlə Türkiyə limanlarına 1 milyon 140 min 248 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarına Portuqaliyadan 950 min 426 tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ilin avqust ayında Türkiyə limanları 33 milyon 443 min 563 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 387 min 410 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 56 min 153 ton olub. Bununla yanaşı, 2022-ci ilin avqust ayında Türkiyə limanlarından 6 milyon 205 min 751 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul edib.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 54 milyon 39 min 258 ton transit yük daşınıb.