Yanvar-avqust aylarında İskenderun limanı 40 milyon tona yaxın yük qəbul edib (ÖZƏL)

Yanvar-avqust aylarında İskenderun limanı 40 milyon tona yaxın yük qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin İskenderun limanı 39 milyon 850 min 56 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, İskenderun limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 836 min 435 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 39 milyon 13 min 621 ton yük daşınıb.

“2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin İskenderun limanından 732 min 578 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul edib.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 54 milyon 39 min 258 ton transit yük daşınıb.