BAKI, TurkicWorld
ABŞ-nin “Comex” birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) 2026-cı ilin mart ayında tədarük olunacaq gümüşün fyüçers qiyməti tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 120 ABŞ dollarını ötüb.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 10:20-yə olan məlumata görə, qiymətli metalın qiyməti 5,84% artaraq bir troya unsiyası üçün 120,17 ABŞ dolları təşkil edib.
Saat 10:26-da isə gümüşün qiyməti bir troya unsiyası üçün 120,03 ABŞ dolları səviyyəsində (+5,73%) olub. Eyni zamanda, “Comex” birjasında 2026-cı ilin fevral ayında tədarük olunacaq qızılın fyuçersi bir troya unsiyası üçün 5,617.6 ABŞ dolları (+5,19%) səviyyəsində satılıb.







