Avqust ayında Türkiyə limanları 160 mindən çox yük qəbul edib (ÖZƏL)

Avqust ayında Türkiyə limanları 160 mindən çox yük qəbul edib (ÖZƏL)

Bakı. TurkicWorld:

2022-ci ilin avqust ayında Türkiyə limanları 160 min 683 avtomobil qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Hesabat dövründə Ro-Ro gəmiləri ilə Türkiyə limanlarına 68 min 253 avtomobil çatdırılıb. Bununla yanaşı, Türkiyə limanlarından 92 min 430 avtomobil göndərilib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarına 1 milyon 483 min 678 avtomobili daşınıb.

“Qeyd edilən dövrdə, Ro-Ro gəmiləri ilə Türkiyə limanlarına 602 min 778 avtomobil çatdırılıb. Türkiyə limanlarından daşınan avtomobillərin sayı isə 880 min 900 olub.”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, 2021-ci ildə Türkiyənin limanlarına 2 milyon 92 min 48 avtomobil gətirilib.

Eyni dövrdə Ro-Ro gəmiləri ilə Türkiyə limanlarına 790 min 274 ​​avtomobil çatdırılıb.

2021-ci ildə Türkiyə limanlarından Ro-Ro gəmiləri ilə 1 milyon 302 min 206 avtomobil daşınıb.