Tarif Şurası

Azad edilən ərazilərdə elektrik enerjisi ilə bağlı bəzi xidmətlər pulsuz olacaq

BAKI,TurkicWorld

Bu gündən işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər tətbiq ediləcək.

TurkicWorld-in məlumatına görə, bununla bağlı Tarif (qiymət) Şurası müvafiq qərar verib.

Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda paylayıcı şəbəkədə görülən yenidənqurma işlərinin böyük hissəsi dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyyələşdirilir. Bu istiqamətdə dövlət dəstəyinin davamı olaraq "Azərişıq" ASC-nin təklifləri əsasında Tarif (qiymət) Şurasının iclasında işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilib.

Bu gündən məişət abonentlərinin, həmçinin istehlak gücü 20 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə 1 fazlı sxem üzrə qoşulması ödənişsiz olacaq.

İstehlak gücü 20 kVt-dan çox olan məişət abonentlərinin və istehlak gücü 200 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin 0,4 kV-luq elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulmasına 65 % güzəşt tətbiq ediləcək.

Həmçinin, istehlak gücü 200 kVt-a qədər (orta gərginlikli şəbəkədən) və 200 kVt-dan yuxarı olan qeyri-yaşayış obyektlərinin, habelə elektrik enerjisi istehsalçılarına aid tikinti obyektlərinin aşağı və orta gərginlikli elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulması ödənişsiz olacaq.

Vurğulanıb ki, bu sahədə tətbiq olunan güzəşt və azadolmalar abonentlər üçün elektrik şəbəkəsinə qoşulma prosesini daha əlçatan və sərfəli edəcək. Bu isə işğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşmasını dəstəkləməklə yanaşı, sahibkarlıq subyektlərinə əlavə stimul verəcək.

Enerji şəbəkəsinə qoşulma xərclərinin azalması sahibkarlar üçün layihələrin maliyyə səmərəliliyini artırır, yeni iş yerlərinin yaradılmasını dəstəkləyir.

Qeyd edək ki, dəyişiklik 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

İşğaldan azad edilmiş ərazilərdə elektrik şəbəkəsinə qoşulma xidmətinə görə yeni müəyyənləşdirilmiş qiymətlərin indiyədək tətbiq olunan qiymətlərlə müqayisəsi:

Xidmətin adı

Ölçü vahidi

Ödəniş məbləği

(manat, ƏDV ilə)

1 yanvar 2026-cı il tarixindən sonra

1 yanvar 2026-cı il tarixinədək

1.

Məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər (200 kVt daxil olmaqla) olan tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması (təchizat sxemi üzrə)

1.1.

1-fazlı (10 kVt-a qədər, 10 kVt daxil olmaqla)

1 kVt güc üçün

0

40

1.2.

1-fazlı (10,1 kVt-dan 20 kVt-a qədər, 20 kVt daxil olmaqla)

1 kVt güc üçün

0

60

1.3.

3-fazlı

1 kVt güc üçün

102.55

293

2.

Tələb olunan gücü 200 kVt-a qədər (orta gərginlikli şəbəkədən) və 200 kVt-dan yuxarı olan tikinti obyektlərinin, habelə elektrik enerjisi istehsalçılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması (3-fazlı təchizat sxemi üzrə)

2.1.

Aşağı gərginlikli şəbəkədən

1 kVt güc üçün

0

293

2.2.

Orta gərginlikli şəbəkədən

1 kVt güc üçün

0

170

Mövzuya görə xəbərlər