Türkiyədə təbii qazın və elektrik enerjisinin qiyməti artırılıb

Türkiyədə təbii qazın və elektrik enerjisinin qiyməti artırılıb

Türkiyədə təbii qazın və elektrik enerjisinin qiyməti artırılıb.

TurkicWorld-un məlumatına görə, yaşayış məntəqələrində istifadə olunan təbii qazın qiyməti 20,4 faiz, sənayedə istifadə olunan qazın qiyməti 50,8 faiz, elektrik enerjisi istehsalında istifadə olunan təbii qazın qiyməti isə 49,5 faiz artırılıb.

Elektrik enerjisinin qiymətləri 20 faiz, dövlət və özəl xidmətlər sektoru və digər abonentlər üçün 30 faiz, sənaye sahəsində abonent qrupu üçün isə 50 faiz artırılıb.