BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 297,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.
Bu barədə TurkicWorld İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 110,8 milyon ABŞ dolları və ya 59,4% çoxdur.
Təkcə noyabrda isə Azərbaycan 20,6 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,6 milyon ABŞ dolları və ya 11,2% azalma deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.






