Azərbaycan Mərkəzi Bank AMB

Qiymətli kağızlar bazarından 750 milyon dollar gəlir əldə edilib - AMB

BAKI,TurkicWorld

Bu ilin ilk 9 ayında Azərbaycandakı idarə, müəssisə və təşkilatlar qiymətli kağızlar bazarından 750 milyon ABŞ dolları gəlir əldə edib.

TurkicWorld xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.

O bildirib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,45% çoxdur.

"Bir çox hallarda biz kapital və maliyyə hərəkəti balansını müzakirə edəndə deyirik ki, portfel investisiya üzrə aktivlərimiz artıb. Bu, kapital və maliyyənin hərəkəti balansında mənfi ilə düşsə də, növbəti dövrlərdə Azərbaycan iqtisadiyyatına ilkin gəlirlər balansı vasitəsilə kifayət qədər, belə deyək, vəsait gətirir", - S. Nəsirov vurğulayıb.

Mövzuya görə xəbərlər