Son dəqiqə

İqtisadiyyat Nazirliyi AZPROMO II Azərbaycan–Türkiyə İnvestisiya Forumu Türkiyənin Ticarət Nazirliyi Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) Dördüncü Sənaye İnqilabı

Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Bu ilin 16 dekabr tarixində Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu təşkil olunacaq.

TurkicWorld xəbər verir ki, tədbir Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Forumda hər iki ölkədən rəsmi şəxslərin, dövlət və özəl qurumların, işgüzar birliklərin və palataların nümayəndələrinin iştirakı nəzərdə tutulur. Proqram çərçivəsində regionlararası ticarətin təşviqi, enerji keçidi, dayanıqlı inkişaf, infrastruktur layihələri və ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsinə həsr olunmuş panel sessiyaları keçiriləcək. Həmçinin tədbirdə Dördüncü Sənaye İnqilabı mövzusunda müzakirələr aparılacaq.

İnvestisiya forumunda iştirak etmək istəyən sahibkarlar qeydiyyatı aşağıdakı link vasitəsilə həyata keçirə bilərlər: http://bit.ly/3Wxqo7c

Təşkilat, iştirak etmək istəyən üzvlərdən müvafiq anketdə qeydiyyat aparmalarını xahiş edir.

Mövzuya görə xəbərlər