Azərbaycan və Gürcüstanın azad iqtisadi zonaları əməkdaşlıq memorandumu imzalayıb (FOTO)

Azərbaycan və Gürcüstanın azad iqtisadi zonaları əməkdaşlıq memorandumu imzalayıb (FOTO)

Bakı. TurkicWorld:

İyunun 29-da Bakıda Ələt azad iqtisadi zonası ilə Gürcüstanın Kutaisi şəhərindəki Xualinq azad sənaye zonası arasında əməkdaşlıq memorandumunun imzalanma mərasimi baş tutub.

TurkicWorld-un məlumatına görə, sənədi Ələt azad iqtisadi zonasının İdarə heyətinin sədri Valeh Ələsgərov və Xualinq azad sənaye zonasının baş direktoru Soso Nibladze imzalayıb.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçirilir.