Bakıda "Baku Branding Meetup" adı ilə iş adamlarının görüşü keçirilib (FOTO)

Bakıda "Baku Branding Meetup" adı ilə iş adamlarının görüşü keçirilib (FOTO)

Bakı. TurkicWorld:

Bakıda “Brandup” Agentliyinin təşkilatçılığı və MÜSİAD Azərbaycanın dəstəyi ilə "Baku Branding Meetup" adı altında iş adamlarının görüşü keçirilib.

TurkicWorld-un məlumatına görə, tədbirdə ümumilikdə, 150 nəfər iştirak edib, bunların da böyük əksəriyyəti iş adamları, şirkət rəhbərləri və marketinq direktorlardır.

Tədbirin əsas məqsədi ölkədə regional, qlobal səviyyədə brendlərin yaranmasının önəmi və yerli bazarda bu istiqamətdə atıla biləcək addımların müzakirəsidir.

Panel iclası zamanı spikerlər qeyd edib ki, hazırda brendinq sahəsində məlumatsızlıq çoxdur. Məqsəd bu sahədə məlumatlılığı artırmaq, brendlərin yaradılması və onların beynəlxalq səviyyədə olmasıdır. Əsas olaraq yaranan brend bazarda digərlərindən fərqlənməlidir.

Qeyd edək ki, TurkicWorld media platforması “Brandup” Agentliyinin təşkilatçılığı və MÜSİAD Azərbaycanın dəstəyi ilə iyunun 25-də Bakıda keçiriləcək "Baku Branding Meetup" adı altında iş adamlarının görüşünün rəsmi media tərafdaşıdır.