Son dəqiqə

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Kiberhücumlar

Dövlət qurumlarına qarşı 600-dən çox APT kiberhücumların qarşısı alınıb

Bakı.TurkicWorld

Üç rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kiberhücumların analizi nəticəsində 650 kiberhücum indikatoru müəyyən edilib.

TurkicWorld bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir.

Bildirilib ki, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb.

Bu kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

Mövzuya görə xəbərlər