İrandan Türk limanlarına daşınan yüklərin həcmi keçən ilə nəzərən artıb (ÖZƏL)

İrandan Türk limanlarına daşınan yüklərin həcmi keçən ilə nəzərən artıb (ÖZƏL)

Ankara. TurkicWorld

2022-ci ilin yanvar-may aylarında İrandan Türk limanlarına 50 min 734 ton yük daşınıb. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İrandan limanlara heçbir yük daşımazkən, digər ölkələrin bayraqları altında üzən gəmilər 45 min 1 ton yük çatdırıb.

Bu müddət ərzində İran bayraqlı gəmilərlə Türkiyə limanlarına 5 min 733 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-may aylarında Türkiyə limanlarına İrandan heçbir tranzit yük daşınmayıb.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 33 milyon 431 min 149 ton yük qəbul edib. Bu yüklərin 2 milyon 355 min 407 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 31 milyon 75 min 741 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

May ayında Türkiyə limanlarından 7 milyon 509 min 987 ton tranzit yük aşırılıb.

Bu ilin yanvar-may aylarında Türkiyə limanları 164 milyon 292 min 61 ton yük qəbul edib. Bu yüklərin 11 milyon 414 min 29 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 152 milyon 878 min 32 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

Yanvar-may ayında Türkiyə limanlarından 35 milyon 282 min 27 ton tranzit yük aşırılıb.