Rumıniya Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlıdır - Energetika naziri

Rumıniya Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlıdır - Energetika naziri

Bakı. TurkicWorld:

Ruminya Avropa ölkələri arasında Azərbaycanla strateji tərəfdaşlıq quran ilk ölkədir. Rumıniya Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycan və Rumıniya Hökumətlərarası Komissiyanın iclasında Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku deyib.

O bildirib ki, Rumıniya və Azərbaycan birlikdə çox nailiyyətlər əldə edə bilər. “Biz çalışırıq ki, əməkdaşlığımızın miqyasını artıraq. Biz çox istərdik ki, ticarət, təhsil, kənd təsərrüfüatı, nəqliyyat sahəsində əlaqələrimizi inkişaf etdirək”, - deyə o bildirib.

Nazir vurğlayıb ki, Azərbaycan və Rumıniyanın qarşılıqlı investisiyalar üçün imkanları var, istər energetika, istərsə də digər sahələrdə investisiyalar artırıla bilər. O əlavə edib ki, Azərbaycan və Rumıniya şirkətləri qarşılıqlı olaraq hər iki ölkədə uğurla fəaliyyət göstərir.