Hindistandan Türk limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Hindistandan Türk limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Ankara. TurkicWorld

2022-ci ilin yanvar-may aylarında Hindistandan Türk limanlarına 2 milyon 630 min 862 ton yük daşınıb. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Hindistandan limanlara 39 min 520 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 2 milyon 591 min 342 ton yük çatdırıb.

Bu müddət ərzində Hindistan bayraqlı gəmilərlə Türkiyə limanlarına heç bir yük çatdırılmayıb. 2022-ci ilin yanvar-may aylarında Türkiyə limanlarına Hindistandan 1 milyon 559 min 982 ton tranzit yük daşınıb.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 33 milyon 431 min 149 ton yük qəbul edib. Bu yüklərin 2 milyon 355 min 407 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 31 milyon 75 min 741 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

May ayında Türkiyə limanlarından 7 milyon 509 min 987 ton tranzit yük aşırılıb.

Bu ilin yanvar-may aylarında Türkiyə limanları 164 milyon 292 min 61 ton yük qəbul edib. Bu yüklərin 11 milyon 414 min 29 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 152 milyon 878 min 32 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

Yanvar-may ayında Türkiyə limanlarından 35 milyon 282 min 27 ton tranzit yük aşırılıb.