Son dəqiqə

Azərbaycan TOBB Türkiyədə Azərbaycan şirkətləri 2025 2025-ci ildə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətləri Türkiyədə Azərbaycan şirkətlərinin kapitalı 2025 Türkiyə şirkət qeydiyyatı statistikası 2024 və 2025 Türkiyə şirkət qeydiyyatı müqayisəsi

Türkiyədə Azərbaycan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar- avqust ayında Türkiyədə Azərbaycan kapitalı ilə 82 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 54 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 471 milyon 600 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 151 milyon 240 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - avqust ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (70) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 448 milyon 200 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - avqust ayında Türkiyədə Azərbaycan kapitalı ilə 35 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər