Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi xalça Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası

Türkiyənin xalça ixracı 1 milyard dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 azalaraq, 1 milyard 753 milyon 187 min dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə 232 milyon 197 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 0,4 faiz azalıb” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 2 milyard 784 milyon 645 min dollar məbləğində xalça ixrac edib.

Mövzuya görə xəbərlər