Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı tekstil və tekstil üçün xammadə 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyənin tekstil ixracı 6 milyard dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 387 min dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə 751 milyon 386 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 9 milyard 542 milyon 699 min dollar məbləğində tekstil ixrac edib.

Mövzuya görə xəbərlər