Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyənin mebel ixracı 5 milyard dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişərək, 5 milyard 164 milyon 52 min dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə 656 milyon 808 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 7 milyard 891 milyon 733 min dollar məbləğində mebel ixrac edib.

Mövzuya görə xəbərlər