Son dəqiqə

Azərbaycan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm Türkiyə turizm statistikası Mədəni turizm təcrübələri Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü Turizm infrastrukturu Turizm müsbət və mənfi təsirləri Turistik şəhərlər xarici turist axını Türkiyə turistik səfərlər

Türkiyəyə səfər edən Azərbaycan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin iyulunda Azərbaycandan Türkiyəyə 112 min 881 turist səfər edib ki, bu da 2024-cü ilin iyulu ilə müqayisədə 2,22 faiz azdır.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,62 faiz təşkil edib.

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 516 min 367 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,21 faiz azdır.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 1,82 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyulunda Türkiyəyə 6 milyon 969 min 546 turist səfər edib ki, bu da ötən ilin iyulu ilə müqayisədə 4,97 faiz azdır.

2025 -ci ilin yanvar-iyul aylarında 28 milyon 369 min 330 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,10 faiz azdır.

Mövzuya görə xəbərlər