Azərbaycan TOBB Türkiyədə Azərbaycan şirkətləri 2025 Azərbaycan kapitalı ilə şirkətlər Türkiyədə 2025-ci ildə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətləri Türkiyədə Azərbaycan şirkətlərinin kapitalı İstanbulda Azərbaycan şirkətləri 2024 və 2025 Türkiyə şirkət qeydiyyatı müqayisəsi Azərbaycan insan kapitalının inkişafı

Türkiyədə Azərbaycan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar- iyul ayında Türkiyədə Azərbaycan kapitalı ilə 75 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 49 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 458 milyon 250 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 88 milyon 690 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - iyul ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (64) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 435 milyon 350 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - iyul ayında Türkiyədə Azərbaycan kapitalı ilə 31 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər