...

Ölkələrin müstəqilliklərini qorumaq üçün yüksək texnologiyanın nə qədər mühim olduğunu şahidi oluruq - Səlçuk Bayraktar (VIDEO)

İqtisadiyyat Digər xəbərlər 26 May 2022 12:09
TurkicWorld Daspina Hasanova
Ölkələrin müstəqilliklərini qorumaq üçün yüksək texnologiyanın nə qədər mühim olduğunu şahidi oluruq - Səlçuk Bayraktar (VIDEO)

Bakı. TurkicWorld:

Ölkələrin müstəqilliklərini qorumaq üçün yüksək texnologiyanın nə qədər mühim olduğunu şahidi oluruq.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar "Teknofest" festivalının açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir millət, iki dövlət olaraq qardaşlığımız bir neçə dəfə sınandı, lakin hər dəfə iki ölkə bir-birinə daha da sıx bağlandı.

“Ən pis gündə belə daima bir arada, yan-yana idik. “Teknofest”i ölkə hüdudlarından kənarda keçirəcəyimiz ilk yer təbii ki,Azərbaycan olacaqdı və oldu. Azərbaycan və Türkiyə gəncliyi bu festival vasitəsilə nələrə qadir olduqlarını dünyaya göstərəcəklər.”, - deyə S.Bayraktar əlavə edib.

Qeyd edək ki, "Teknofest" mayın 29-a qədər davam edəcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Məqalədə:
Xəbərlər

Xəbər lenti