Son dəqiqə

Azərbaycan ABŞ Mikayıl Cabbarov Ağ Ev görüşü Azərbaycan–ABŞ əməkdaşlığı Bilik və təcrübə transferi Süni intellekt infrastrukturu Azərbaycan Rəqəmsal transformasiya Azərbaycanda Elmi və texnoloji əməkdaşlıq Data infrastrukturu layihələri Tədqiqat və inkişaf mərkəzləri Azərbaycan insan kapitalının inkişafı

Azərbaycan və ABŞ arasında süni intellekt, innovasiya və insan kapitalının inkişafı sahəsində əməkdaşlıq müzakirə olunub

Bakı. TurkicWorld:

ABŞ ilə bilik və təcrübə transferi, tədqiqat və inkişaf mərkəzlərinin yaradılması, süni intellekt və data infrastrukturunun formalaşdırılması, insan kapitalının inkişafı imkanları müzakirə edilib.

TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərin gündəliyinin müzakirəsi, strateji müstəvidə tərəfdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığı vurğulanıb. Ölkələrimiz arasında qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmi qeyd olunub, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanları nəzərdən keçirilib.

Müzakirələrdə Azərbaycanın strateji coğrafi mövqeyi, iqtisadiyyatın şaxələndirilməsi üçün həyata keçirilən islahatların uğurlu nəticələri, qeyri-neft-qaz sektorunun inkişafı, əlverişli biznes ve investisiya mühiti qeyd olunub. Vurğulanıb ki, qlobal çağırışlar fonunda iqtisadiyyatın rəqəmsal transformasiyası, bilik əsaslı sahələrin təşviqi Azərbaycanın inkişaf strategiyasının əsas prioritetlərindəndir.

Görüşdə texnoloji innovasiyalar, elmi yeniliklər və süni intellektin iqtisadi transformasiyada fundamental rolu vurğulanıb. Azərbaycanın regionda strateji bilik və innovasiya mərkəzinə çevrilməsi üçün görülən işlər, bu istiqamətdə ölkələrimiz arasında əməkdaşlıq potensialının reallaşdırılması imkanları qeyd olunub.

Mövzuya görə xəbərlər