Son dəqiqə

Misir Türkiyənin ixracatı Türkiyə Polad İxracatçılar Birliyi 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat Türkiyə polad sənayesi Türkiyə polad ixracı

İyun ayında Türkiyədən Misirə polad ixracı 32 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Misirə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz azalaraq, 32 milyon 735 min 82 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Misirə polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz azalaraq, 213 milyon 341 min 50 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq, 8 milyard 273 milyon 719 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1 milyard 447 milyon 976 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 10,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 16 milyard 494 min 420 dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər