Son dəqiqə

Mehmet Muş

Türkiyə ixracatda yeni rekorda imza atıb - Nazir

Bakı. TurkicWorld:

Türkiyə ixracat sahəsində yeni rekorda imza atıb. TurkicWorld- un məlumatına görə bu barədə Türkiyənin Ticarət Naziri Mehmet Muş məlumat bildirib.

Nazir qeyd edib ki, bu ilin aprel ayında ixracat əvvəlki ilin eyni ayına görə yüzdə 24,6 artaraq 23,4 milyard dollara çatıb və bu göstərici bütün zamanların ən yüksək aylıq ixracat rəqəmidir.

Muş həmçinin bildirib ki, qlobal iqtisadiyyatdakı son mənfi hadisələrə baxmayaraq, Türkiyə 2021-ci ildə ixracatdan əldə etdiyi böyük uğurdan sonra 2022-ci ilin ilk 4 ayında da müsbət nəticə əldə edib.

Nazir onu da əlavə edib ki Türkiyə 2022-ci ilin sonuna qədər ixracat sahəsində 250 milyard dollar gəlir eldə etmeyə planlaşdırır.

Mövzuya görə xəbərlər