Son dəqiqə

Azərbaycan Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı Mənzil bazarı Azərbaycan vətəndaşları 2024 və 2025-ci illərin mənzil bazarı müqayisəsi Daşınmaz əmlak və investisiya fürsətləri Daşınmaz əmlak yatırımları daşınmaz əmlak bazarı

Azərbaycanlıların Türkiyədə əmlak alışı çoxalır – Son statistikalar (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 262 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 39 obyekt çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin aprel ayında Azərbaycan vətəndaşları Türkiyədə 59 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə 5 obyekt çoxdur.

Qeyd edək ki, 2025-ci ilin aprel ayında Türkiyədə 118 min 359 mənzil satın alınıb ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə 56,6 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyədə 454 min 145 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara min 440 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çoxdur.

Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 6 min 18 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azdır.

Mövzuya görə xəbərlər