Bakı. TurkicWorld:
Azərbaycanla Polşa arasında iqrisadi əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur.
TurkicWorld-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, iki ölkə arasında kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq inkişaf etdirilə bilər. “Bu gün Polşalı həmkarımla iqtisadi əlaqələrin inkişaf perspektivlərini geniş müzakirə etdik”, - deyə nazir əlavə edib.







