Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Bakı. TurkicWorld:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 28-də 117,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,59 dollar/barel azdır.

Bu barədə TurkicWorld-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 116,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,6 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 80,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,59 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 117,56 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 6,79 dollar/barel azdır.