Son dəqiqə

Azərbaycan TOBB Türkiyədə Azərbaycan şirkətləri 2025 2025-ci ildə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətləri İstanbulda Azərbaycan şirkətləri 2025 Türkiyə şirkət qeydiyyatı statistikası 2024 və 2025 Türkiyə şirkət qeydiyyatı müqayisəsi

Türkiyədə Azərbaycan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi Azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin fevrral ayında Türkiyədə Azərbaycan kapitalı ilə 23 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 245 milyon 500 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 29 milyon 650 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin fevral ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (18) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 15 milyon 950 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin fevral ayında Türkiyədə Azərbaycan kapitalı ilə 8 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər