Son dəqiqə

Ceyhan limanı İtaliya neft FOB CIF URALS Auqusta limanı Novorossiysk limanı

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 18-də 97,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel çoxdur.

Bu barədə TurkicWorld-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 97,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,17 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 89,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,25 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 97,35 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,85 dollar/barel çoxdur.

Mövzuya görə xəbərlər