Bakı, TurkicWorld
2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq, 37 milyard 211 milyon 661 min dollara bərabər olub.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin dekabr ayında Türkiyə 3 milyard 487 milyon 428 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 10 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 37 milyard 211 milyon 661 min dollar məbləğində avtomobil ixrac edib.