Türkiyə Ticarət nazirliyi

Türkiyənin xalça ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq, 2 milyard 867 milyon 477 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Keçən ilin dekabr ayında Türkiyə 247 milyon 411 min dollar məbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3,2 faiz azalıb.” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 2 milyard 867 milyon 411 min dollar məbləğində xalça ixrac edib.

Mövzuya görə xəbərlər