Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyədən Qırğızıstana xalça məhsulları ixracında cüzi azalma olub (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Qazaxıstana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq, 19,7 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Qazaxıstana 2,6 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 7,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 2 milyard 620 milyon 234 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 259 milyon 878 min dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,6 faiz azalıb.” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 2 milyard 875 milyon 693 min dollar məbləğində xalça məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər