Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyədən Özbəkistana kimyəvi məhsul ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən Özbəkistana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azalaraq, 331 milyon 834 min 98 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Özbəkistana 33 milyon 183 min 63 dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 4,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq, 28 milyard 147 milyon 342 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 2 milyard 535 milyon 204 min dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 11,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 30 milyard 843 milyon 824 min dollar məbləğində kimyəvi məhsul ixrac edib.

Mövzuya görə xəbərlər