Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi tekstil və tekstil üçün xammadə

Türkiyənin tekstil məhsulları ixracı cüzi azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 8,7 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə 856 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən noyabr ayı ilə müqayisədə 6,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 9 milyard 478 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər