Son dəqiqə

İqtisadiyyat Nazirliyi

"Dövlət-özəl tərəfdaşlığı" layihəsi çərçivəsində özəl tərəfdaşlara bir sıra vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur

Bakı, TurkicWorld

"Dövlət-özəl tərəfdaşlığı" layihəsi çərçivəsində özəl tərəfdaşlara mənfəət, gəlir vergisi üzrə vergi güzəştləri, əmlak və torpaq vergisi üzrə vergi güzəştləri və idxal üzrə əlavə dəyər güzəştlərinin tətbiqi nəzərdə tutulur.

TurkicWorld xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bu layihə əsasən iri investisiyaların cəlb olunması məqsədilə tətbiq olunur:

"Bunlar əsasən dəyəri 30 milyon manatdan yuxarı olan layihələrdir və strateji sahələri əhatə edir. Layihə üzrə nəzərdə tutulan güzəşt müddəti isə 30 ildən çox olmayan dövrü əhatə edir".

"Eyni zamanda anoloji güzəşt "yaşıl iqtisadiyyat"ın dəstəklənməsində bərpa olunan enerji sahəsindədir. Elektrik enerjisinin istehsalı ilə bağlı nəzərdə tutulacaq layihələrə də bu güzəştlərin tətbiq olunması nəzərdə tutulub", - deyə o vurğulayıb.

Mövzuya görə xəbərlər