Bakı, TurkicWorld
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "DeGolyer and MacNaughton" şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb.
TurkicWorld xəbər verir ki, görüşdə SOCAR ilə "DeGolyer and MacNaughton" şirkəti arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Tərəflər yataqların işlənmə planının optimallaşdırılması, ehtiyatların dəqiqləşdirilməsi, inteqrasiya olunmuş modellərin hazırlanması, geotermal enerji, karbonun tutulması və saxlanılması (CCUS) istiqamətləri üzrə görülən işləri nəzərdən keçirib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.