Bakı, TurkicWorld
Prezidentin hökumətin qarşısında qoyduğu məsələ əməkhaqlarının artırılması ilə bağlıdır.
TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, əməkhaqlarının, sosial ödənişlərin artırılması ilə bağlı hökumətə tapşırıq verilib ki, bu da büdcə layihəsində əksini tapıb.