Bakı, TurkicWorld
Azərbaycan iqlim dəyişikliyi problemi ilə bağlı böyük səylər və möhkəm siyasi iradə nümayiş etdirir.
TurkicWorld xəbər verir ki, bunu Avropa Şurasının xüsusi nümayəndəsi Aleksandr Cesse Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində təşkil olunmuş "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda plenar iclasda deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi gələcək nəsillərin qorunması üçün həll edilməli vacib məsələdir.
"Bu problem fundamental insan hüquqlarına təhlükə törədir. Dinlər, inanclar sosial bütövlüyünü irəli çəkilməsində tolerantlığın qurulmasında vacibdir. Biz dialoqu, konfessiyaların təmasını açıq saxlamalıyıq. Avropa Şurası sülhün saxlanılmasında öz missiyasına sadiq qalır. Avropada və ondan kənarda dinlərarası dialoqun təşviqi təşkilatımızın əsas məqsədidir. Avropa Şurası dinlərarası dialoqu dəstəkləyir", - o əlavə edib.