Son dəqiqə

Azərbaycan Avropa Şurası

Azərbaycan və Avropa Şurası arasında hüquq sahəsində əməkdaşlıq müzakirə olunub

BAKI,TurkicWorld

Azərbaycan ilə Avropa Şurası arasında hüquq və ədliyyə sahəsindəki uzunmüddətli əməkdaşlıq müzakirə olunub.

Bildirilib ki, Azərbaycanın ədliyyə nazirinin müavini Toğrul Hüseynov Avropa Şurasının İnsan Hüquqları və Hüququn Aliliyi üzrə Baş direktoru Canluka Espozito ilə görüşüb.

Məlumata görə, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında hüquq və ədliyyə sahəsində uğurla həyata keçirilən uzunmüddətli əməkdaşlıq vurğulanıb.

Bununla yanaşı, Avropa Şurasının müvafiq tədbirlər planları çərçivəsində həyata keçirilən layihələrin ölkədə aparılan hüquqi və institusional islahatlara töhfə verdiyi qeyd edilib.

Həmçinin məhkəmə ekspertizası, probasiya, məhkəmə qərarlarının icrası, hüquqi sahədə təhsil və elmi tədqiqat istiqamətləri üzrə əməkdaşlığın prioritet olduğu diqqətə çatdırılıb.

"Tərəflər Avropa Şurasının müxtəlif institutları və komitələri ilə qarşılıqlı fəaliyyət, beynəlxalq hüquqi əməkdaşlıq sahəsində əldə olunan nəticələr, eləcə də gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar", - deyə nazirliyin məlumatında qeyd edilib.

Mövzuya görə xəbərlər