Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyədən Azərbaycana hazır geyim məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı,TurkicWorld

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz azalaraq, 51,1milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Azərbaycana 5,5 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 19,1 faiz azdır.” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalaraq, 15,1 milyard dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 15 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 5,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 18 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər