Son dəqiqə

kibertəhlükəsizlik COP29

COP29 trafikinin kiberhücumlara və anomal hadisələrə qarşı mütəmadi monitorinqi təşkil edilib - Dövlət Xidməti

Bakı, TurkicWorld

COP29 ilə əlaqəli yaradılmış müxtəlif informasiya resursları əməliyyat mərkəzinin mütəxəssislərinin müraciətinə əsasən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən informasiya təhlükəsizliyi üzrə auditdən keçirilib, müvafiq məlumatlar və tövsiyələr Əməliyyat Şirkətinə təqdim olunub.

Bu barədə TurkicWorld-ə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

"Tədbirin yüksək səviyyədə təşkili üçün əsas informasiya ehtiyatı "COP29.az" və hazırda 800-dən çox istifadəçisi olan elektron poçt xidməti xüsusi olaraq dövlət hostinq və mail sisteminə miqrasiya edilib və Xidmət tərəfindən 24/7 rejimində monitorinqi həyata keçirilməkdədir.

Bununla yanaşı, "AzStateNet" dövlət şəbəkəsi üzərindən keçən COP29 trafikinin kiberhücumlara və anomal hadisələrə qarşı mütəmadi monitorinqi təşkil edilib. İnternet trafikinin kiberhücumlarından hücumlardan qorunmanı daha təkmil həyata keçirmək üçün Xidmətin əməkdaşları Almaniya Federativ Respublikasında bir həftəlik xüsusi təlim və təcrübə mübadiləsinə cəlb ediliblər", - deyə Dövlət Xidmətinin məlumatında qeyd olunub.

Mövzuya görə xəbərlər