Son dəqiqə

Azərbaycan nefti

Azərbaycan nefti ucuzlaşdı

Bakı, TurkicWorld

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,79 ABŞ dolları, yaxud 4,95 % azalaraq 72,84 ABŞ dolları olub.

TurkicWorld xəbər verir ki, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 71,44 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Mövzuya görə xəbərlər