Bakı, TurkicWorld
2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyəndən Almaniyaya xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq, 98 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə Almaniyaya 10,3 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 16,9 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq, 2 milyard 86 milyon dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 250 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 2 milyard 883 milyon dollar məbləğində xalça məhsulları ixrac edib.