Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi tekstil və tekstil üçün xammadə

Türkiyədən ABŞ-a tekstil məhsulları ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin ABŞ-a tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artıb, 394 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə ABŞ-a 40,3 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 9,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq, 7 milyard dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 806 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən sentyabr iyul ayı ilə müqayisədə 7,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 9 milyard 425 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər